Dijital Kitaplık Logo

Dijital Kitaplık

Kitap Alıntıları ve Dijital Kitaplık

📜

Halka Duyurulur

Yükleniyor...

⚜️

✨ Kar amacı gütmeyen bir ekip tarafından okur ve yazarlar için oluşturuldu.

🌟 Kitapların paradan daha değerli olduğu bir okur topluluğu. Ömür Boyu Ücretsiz ve Reklamsız!

Ücretsiz Kayıt Ol
Həyatda da belə deyilmi? Birinə gözü yumulu inanarsan, - John Steinbeck | Dijital Kitaplık
Fareler ve İnsanlar

Fareler ve İnsanlar

John Steinbeck

Həyatda da belə deyilmi? Birinə gözü yumulu inanarsan, bütün zəif tərəflərini, saf xəyallarını ona həvalə edərsən. O isə ilk fürsətdə öz rahatlığı üçün səni kürəyindən vurar. Belə bir xəyanətdən sonra bəziləri insanlara olan bütün inancını itirir, bəziləri isə nə olursa olsun, içindəki o hər kəsə inanan uşağı öldürə bilmir...

Bu kitabı da oxumaq əvəzinə səsli kitab (audiobook) kimi dinlədim. Əslində hekayəyə qulaq asmaq insanı daha çox hadisələrin içine çəkir. Elə bil, personajların addım-addım faciəyə doğru getməsinə canlı şahidlik edirsən. Lakin kitabın sonluğu məni tam mənada sarsıtdı və içimdə böyük bir haqsızlıq hissi buraxdı.

Bütün kitab boyunca Corc və Lenninin nə vaxtsa o arzuladıqları balaca evi alacaqlarına, Lenninin də dovşanlara baxacaqları o sakit həyata qovuşacaqlarına ümid edirdim.

Amma sonluq böyük bir xəyal qırıqlığı oldu. Kitab bitəndən bəri dayanmadan eyni sual haqqında düşünürəm: Corc həqiqətən bunu etməyə məcbur idi, yoxsa sadəcə öz rahatlığını seçdi?

Çoxları Corcun etdiyini "mərhəmət" və ya "dostunu əzabdan qorumaq" kimi qiymətləndirir. Amma mən məsələyə tamamilə fərqli baxıram. Əsərin lap başında Corc özü Lenniyə tapşırmışdı ki, başı bəlaya girsə, gedib çayın qırağındakı kolluqda gizlənsin. Lenni də içindəki o saf, hər kəsə inanan uşaq ağlı ilə bu sözə əməl etdi, gedib dəqiq həmin yerdə gözlədi. Yəni plan işləyirdi. Corcun onu oradan götürüb, əvvəllər dəfələrlə elədikləri kimi başqa bir şəhərə qaçmaq və hər şeyə sıfırdan başlamaq şansı var idi.

Lakin Corc qaçmadı. Çünki işindən olmaq, rahatlığını pozmaq və öz rahat həyatından vaz keçmək istəmirdi. O, "Lennini başqalarının vəhşiliyindən qoruyuram" düşüncəsinin arxasında gizlənərək, əslində özünü bu yükdən azad elədi. Öz işini və rahatlığını Lenninin həyatından üstün tutdu.

Lenni Corca son ana qədər gözü yumulu inanırdı, onun səsinə qulaq asıb arzuladıqları o gözəl evi xəyal edirdi. Və elə həmin an baş verənlər mənim üçün dostluğa və o sonsuz inama qarşı olunmuş ən acı xəyanətdir.

Mənim üçün bu əsər sadəcə puç olmuş xəyalların hekayəsi deyil. Bu, sırf öz işini və rahatlığını üstün tutmağın, məcburiyyət adı altında gizlədilən böyük bir xəyanətin hekayəsidir.

✍️ Kitap İncelemesi
★★★★★
5/5
Nərmin Sadıqlı
Nərmin Sadıqlı İlk 1000
@narminsadig • • 01 Oct
4 beğeni
0 yorum
10 görüntülenme

Satır Arası Notlar

Yoruma kullanıcı eklemek için @kullaniciadi yazmanız yeterlidir.

💬 0 Yorum

Henüz bir yorum bırakılmamış

İlk yorumu sen yap!

✨ Hoş Geldin, Okur! ✨